Oteldə rusiyalı turistin meyiti tapıldı

  • By Mina
  • 07 Aprel 2024 18:02

Rusiyalı turist otel otağında ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Mehmanxanada qalan Sergey Kasianovun uzun müddət otağından çıxmamasından onun otağının qapısı otel işçiləri tərəfindən açılıb.

Kasianovun hərəkətsiz vəziyyətdə olduğunu görən işçilər həkim briqadalarından kömək istəyib.

Bundan sonra isə otelə polis və tibb qrupları göndərilib.

İstintaq zamanı Kasianovun öldüyü müəyyən edilib.

Kasianovun meyiti yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Gununsesi.info