CHP-nin sədri səs tellərindən əməliyyat olunub

  • By ilhame
  • 07 Aprel 2024 10:44

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl səs tellərindən əməliyyat olunub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “T24” məlumat yayıb.

 

Martın 31-də keçirilmiş yerli seçkilərdən sonra ilk beynəlxalq səfərini Rumıniyanın paytaxtı Buxarestə edən CHP-nin sədri Özgür Özəl öncəki gün səs tellərindən əməliyyat olunub. Özələ səsini dinc saxlamaq tövsiyə edilib.

 

Avropa sosial demokrat partiyalarının çətir partiyası olan Avropa Sosialist Partiyasının (PES) Buxarestdə keçirilən Liderlər Zirvəsinə qatılan Özəl ikitərəfli görüşlər də keçirib.

Gununsesi.info