Son dəqiqə: Qubad İbadoğlu azadlıqda

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR)  sədri Qubad İbadoğlu azadlığa buraxılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov bildirib.

 

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur.

 

 

Gununsesi.info