Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla danışıqların keçirilməsi barədə razılıq var.

“Biz qətiyyətlə sülhə doğru getməliyik. Bunun üçün siyasi iradə lazımdır. Məndə, Ermənistan hökumətində və parlamentdəki çoxluğun belə bir iradəsi var. Eyni zamanda, bu fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı və region ölkələri bizi dəstəkləməlidir”, – deyə o əlavə edib.

Gununsesi.info