
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işçi səfərə gəlib.
Gununsesi.info xəbər verir ki, bunu Azatutyun hökumət məlumatına istinadla bildirir.
Mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilməlidir.
Ermənistan hazırda Aİİ-də rotasiyalı sədrdir. Bu səfər zamanı Nikol Paşinyanın Vladimir Putinlə də görüşü nəzərdə tutulub.
İki ölkə arasında münasibətlərin çox gərgin olduğu bir vaxtda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu görüşün çox mühüm olduğunu və “mütləq” keçiriləcəyini deyib.
Ermənistan mediası yazır ki, Paşinyan elə mayın 8-də Ermənistana qayıdacaq və beləliklə də Moskvada keçiriləcək 9 may paradında iştirak etməyəcək.
Nikol Paşinyan son dəfə Moskvada 2023-cü ilin dekabrında Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün olub. O, Putinlə də son dəfə elə həmin vaxt görüşüb.
Gununsesi.info