
Türkiyədə keçmiş həyat yoldaşı və qızını öldürməkdə şübhəli bilinən şəxs Almaniyada saxlanılıb.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Polisi ötən ilin noyabrında Türkiyədə keçmiş arvadı və 15 yaşlı qızını öldürməkdə şübhəli bilinən 47 yaşlı litvalını saxlayıb.
Almaniya polisi Yuxarı Pfalzda (Bavariya) şəhərlərarası avtobusda beynəlxalq axtarışda olan şübhəli şəxsi saxlayıb. O, Praqadan Münhenə gedən avtobusda Vaydhaus yaxınlığında sərhəd nəzarətindən keçməyə cəhd edib.
Həmin şəxs həbs olunaraq, Türkiyəyə ekstradisiya ediləcək. Ekstradisiya ilə bağlı qərarı hazırda işlə məşğul olan Nürnberq prokurorluğu verməlidir.
Gununsesi.info