
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilin aşması nəticəsində sərnişin-16 yaşlı Elmir İbrahimov ölüb.
Ətraflı
Sürücü Ramil Quliyev və digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info