Dəməşqdə qanlı partlayış – Çoxlu sayda ölənlər var

  • By arzu
  • 28 İyul 2023 10:29

Suriyanın paytaxtı Dəməşqdə qanlı partlayış olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 6 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hadisə Dəməşqin Seyyidiyyə Zeynəb bölgəsində içində bomba olan motosikletin partladılması ilə gerçəkləşib.

Olay yerinəxilasetmə və tibb işçiləri gəliblər.

Hələlik partlayışın məsuliyyətini öz üzərinə götürən olmayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info