“Qarabağ” – HİK oyununu yayımlayacaq telekanal müəyyənləşdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) ilk matçını yayımlayacaq telekanal müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, oyunu “İdman TV” izləyicilərə təqdim edəcək.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Gununsesi.info