
Keçən il öskürək siropları səbəbiylə çoxlu uşağın ölümündən sonra Hindistan 4 yaşdan kiçik uşaqlar üçün soyuqdəymə və öskürək müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” sirop və həblərini qadağan edib.
Gununsesi.info xəbər verir ki, BBC-nin məlumatına görə, qadağa 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə Hindistan istehsalı olan öskürək siroplarından ən azı 141 uşağın ölməsindən sonra qoyulub.
Hindistan Baş Dərman Nəzarətçisi (DCGI) soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” sirop və həblərinin 4 yaşdan kiçik uşaqlarda istifadəsinin qadağan edildiyini açıqlayıb.
DCGI istehsalçıları bu dərmanların qutularında “4 yaşdan kiçik istifadə qadağandır” ifadəsini yerləşdirməyi öhdəsinə götürüb.
Bildirilir ki, Hindistanda 2019-2020-ci illərdə ən azı 12 uşaq bu qarışıqları ehtiva edən siroplardan istifadə etdikdən sonra ölüb.
Oktyabr ayında Qambiyada ən azı 70 uşağın tərkibində parasetamol olan siropdan istifadə etdikdən 3-5 gün sonra öldüyü iddia edilmişdi.
Polis ilkin araşdırma hesabatında uşaq ölümlərinin Hindistanda istehsal olunan və ABŞ-da yerləşən əczaçılıq şirkəti vasitəsilə idxal edilən 4 öskürək siropu ilə əlaqəli olduğunu açıqlayıb.
Bu hadisədən sonra Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda “Maiden Pharmaceuticals Limited” tərəfindən istehsal olunan 4 dərmanla bağlı xəbərdarlıq edib.
Uşaqların böyrək problemlərindən öldüyünü və “Maiden Pharmaceuticals”ın istehsal etdiyi siroplarda “qəbuledilməz” miqdarda toksin tapdıqlarını ifadə edən ÜST bu günə qədər yalnız Qambiyada aşkarlansa da, dərmanların ölkə xaricinə də paylanmış ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Hindistan hökuməti 4 öskürək siropunu Qambiyada uşaq ölümləri ilə əlaqələndirdikdən sonra onların araşdırılmasına göstəriş vermişdi.
Qambiya hökuməti bildirib ki, öskürək siropunun ölkədə ən azı 70 uşağın böyrək çatışmazlığından ölümünə səbəb olduğunu hələ təsdiqləyə bilmir.
Gununsesi.info