
Ermənistanın Hindistanın müdafiə sənayesi şirkəti Bharat Dynamics Limited (BDL) şirkətindən aldığı “Akash” adlı yer-hava raket sistemlərinin tədarükünə yaxın aylarda başlanacaq.
Gununsesi.info xəbər verir ki, ANI xəbər agentliyinin məlumatına görə, Ermənistan BDL-nin istehsal etdiyi və Ermənistana satdığı “Akash” hava hücumundan müdafiə raket kompleksinə 600 milyon dollardan çox büdcə ayırıb.
Yaxın aylarda Ermənistana “Akash” raket komplekslərinin çatdırılmasına başlanacaq.
Ermənistanın qərarından sonra Filippin, Braziliya və Misirin də “Akash” hava hücumundan müdafiə raket sistemini tədarük etmək istədiyi açıqlanıb.
“Armenian Times”ın xəbərində BDL-nin istehsal etdiyi hava hücumundan müdafiə raket sisteminin 4 ilə 25 kilometr məsafədə raketləri, helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını məhv edə bildiyi bildirilib.
Hindistan silahlı qüvvələrinin “Akash” hava hücumundan müdafiə raket sistemlərindən də istifadə etdiyi vurğulanıb.
Bildirilib ki, Ermənistan daha əvvəl Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, Rusiya patenti ilə istehsal olunan “Konkurs” tank əleyhinə raket kompleksləri, 80 millimetrlik haubitsa və müxtəlif silah və texnikalar verib.
Həmçinin bildirilib ki, pilotsuz uçuş aparatlarına qarşı zenit sistemləri istehsal edən Hindistanın “Zen Technologies” şirkəti Ermənistanda filial açmağı planlaşdırır.
Hindistanın “Bharat Forge” şirkəti 2023-cü ilin sentyabrında Ermənistanın 90 təkmil yedəkli artilleriya sistemi (ATAGS) sifarişinin ilk partiyası olan 6 ədəd 155 millimetrlik haubitsa tədarük edib.
Bildirilib ki, bu göndəriş Ermənistanın 2022-ci ildəki sifarişinin ilk partiyasıdır ki, bu partiyaya 155,5 milyon dollar dəyərində 90 ATAGS, qalan 84 ATAGS isə 3 il ərzində təhvil veriləcək və şirkət çatdırılmanı planlaşdırılan müddətdən əvvəl başa çatdırmağı hədəfləyir.
Bu qərara əlavə olaraq, Ermənistan Hindistanın “Kalyani Strateg Systems” şirkəti tərəfindən hazırlanmış və xüsusilə dağlıq bölgələrdə istifadə üçün nəzərdə tutulmuş 155 millimetr/39 MArG taktiki təkərli maşına quraşdırılmış haubitsa sistemini 2023-cü ilin mart ayında da sifariş edib.
Qeyd edək ki, Rusiya ilə münasibətlərin pozulması fonunda İrəvanın yaxınlıq göstərdiyi iki ölkə hələlik Fransa ilə Hindistandır. Ancaq Hindistan silahları nisbətən ucuz olması baxımından İrəvana daha yaxındır. Həm də Hindistandan alınan silahları İran vasitəsilə Ermənistana çatdırmaq daha asandır. Hindistan Ermənistan əməkdaşlığının kökündə bu məsələlər dayanır.
Gununsesi.info