
İranın cənubundakı Fars əyalətində Su-22 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, təyyarə Kazerun bölgəsində Pərişan gölü yaxınlığında qəzaya uğrayıb.
Pilot paraşütlə tullanmağı bacarıb və təhlükəsiz yerə enib. Ölən və yaralanan yoxdur.
Hadisə ilə bağlı əlavə təfərrüatlar verilməyib.
Öz növbəsində İranın “Tesnim” xəbər agentliyi təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinə aid olduğunu bildirib.
Su-22 Rusiyanın Sukhoi şirkəti tərəfindən hazırlanmış Su-17 təyyarəsinin ixrac modifikasiyasıdır və İran tərəfindən fəal şəkildə istifadə olunur.
Gununsesi.info