Putin Mahmud Abbasla telefonla danışıb

Rusiya və Fələstin Prezidentləri Vladimir Putinlə Mahmud Abbas arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iki ölkə lideri söhbət zamanı Qəzza zolağında siyasi nizamlanmanın bərpasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Putin Mahmud Abbası Rusiyaya səfərə dəvət edib.

 

 

Gununsesi.info