Ukraynalıları hərbi xidmət üçün deportasiya etməyəcəyik - Alman nazir

Almaniya ukraynalıları hərbi xidmət üçün deportasiya etməyəcək.

 

Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın ədliyyə naziri Marko Buşman DPA-ya bildirib.

 

“Biz insanları öz iradəsinə zidd olaraq hərbi çağırışa və ya hərbi xidmətə məcbur etməyəcəyik. Biz Ukraynadan daha çox insanın işə getməsini və müavinətlə dolanmamasını təmin etməyə çalışırıq”, – o, ukraynalıların xaricdən hərbi xidmətə çağırılması ilə bağlı son məlumatları şərh edib.

 

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov xaricdəki kişi cinsindən olan vətəndaşların çağırılması ilə bağlı açıqlama vermişdi.

 

Nazirlik Umerovun sözlərinin yanlış şərh edildiyini və xaricdəki ukraynalıları orduya çağırmağı planlaşdırmadıqlarını bildirmişdi.

 

Gununsesi.info