
Bu gün səhər tezdən Qvineyanın paytaxtı Konakridə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, yüksək rütbəli məmur çoxlu ölü və yaralı olduğunu təsdiqləyib. Rəsmi şəxs indiyə qədər ən azı 8 nəfərin öldüyünü, ölən və yaralıların sayının dəqiqləşdirilməsi işlərinin davam etdiyini bildirib.
“Reuters” müxbirinin verdiyi məlumata görə, partlayış Konakri şəhərinin mərkəzindəki Kalum rayonunda baş verib, yaxınlıqdakı bir çox evin şüşələri sındırılıb və yüzlərlə insan ərazini tərk etməyə məcbur olub.
Hadisə yerinə yanğınsöndürən dəstələr göndərilib. Yüksələn qara tüstü kilometrlərlə uzaqdan görünüb. Çoxlu tankerlər əsgər və polisin müşayiəti ilə anbarı sürətlə tərk edib. Hökumət sözçüsü hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Gununsesi.info