Nizami Rəmzinin narkotikdən müalicə olunan qızının yeni görüntüsü

Xəbər verdiyimiz kimi, mərhum meyxanaçı Nizami Rəmzinin qızı Reyhan narkotikdən istifadə etdiyi üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bloger Nail Kərimlinin Reyhanın 3 ay sonrakı görüntüsünü paylaşıb. O bildirib ki, Reyhanın müalicəsi davam edir.

Reyhan “Özümü çox yaxşı hiss edirəm, sağalmağa doğru gedirəm. İnşallah, əsas burada deyib, qapıdan çıxıb getməyəsən. Arzu edirəm ki, burada dediklərimi əməlimdə də göstərim” deyə, bildirib.

Qeyd edək ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb. Meyxanaçının qızı Reyhan isə narkotik aludəçisi olub və küçələrdə yaşayıb.