BMT-nin baş katibi Praqada baş verən silahlı hücumdan şoka düşüb

quttereş

BMT-nin baş katibi Antonio Quterreş Praqada 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücum xəbərindən “şoka düşüb”.

Gununsesi.info xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

O qeyd edib ki, Quterreş həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayır.

Dekabrın 21-də Praqanın mərkəzində Karl Universitetinin fəlsəfə fakültəsinə silahlı hücum nəticəsində azı 15 nəfər həlak olub, onlarla insan yaralanıb. Onların əksəriyyəti ağır vəziyyətdədir.

Polis hadisənin yerli vaxtla saat 15.00-da baş verdiyini bildirib.İlkin məlumata görə, hücum edən şəxs təkbaşına hərəkət edib və zərərsizləşdirilib.

Çex mediası hücumu törətdiyi güman edilən silahlı şəxsin fotosunu dərc edib.

Gununsesi.info