
Bolqarıstan parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.
Gununsesi.info xəbər verir ki, Bolqarıstanda GERB-SDS ittifaqı, Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) ittifaqı və üzvlərinin əksəriyyəti türk olan Haqq və Azadlıqlar Hərəkatının (DPS) iyulun 28-də təqdim etdiyi qanun layihəsi 165 deputatla qəbul edilib.Qanun layihəsinin əleyhinə 71 deputat səs verib.
Bolqarıstan Sosialist Partiyası (BSP), Diriliş Partiyası (Vazrajdane) və Belə Xalq Vardır (ITN) partiyaları bunun əleyhinə səs verib.
Qanun ölkənin məhkəmə-hüquq sistemində mühüm islahatların aparılması, prezidentin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, tənzimləyici və nəzarət qurumlarının üzvlərinin seçki prosesinin demokratikləşdirilməsi məqsədi daşıyır.
Prezidentin müvəqqəti hökumət qurmaq səlahiyyətini məhdudlaşdıran qanun layihəsinə görə, müvəqqəti baş nazir Ali Məhkəmənin sədri istisna olmaqla, müəyyən namizədlər qrupundan seçiləcək.
Potensial müvəqqəti baş nazirlər hovuzuna Milli Assambleyanın spikeri, Bolqarıstan Milli Bankının prezidenti və ya sədr müavini, Hesablama Məhkəməsinin prezidenti və ya sədr müavini, ombudsman və ya ombudsmanın müavini kimi namizədlər daxil olacaq.
Gununsesi.info