Nyu-Yorkda Covid-19-dan ölənlərin sayı 12,5 mini ötdü

Nyu-Yorkda Covid-19-dan ölənlərin sayı 12,5 mini ötdü

ABŞ-ın Nyu-York əyalətində sutka ərzində koronavirusdan 202 nəfər dünyasını dəyişib.

Gununsesi.org “Daily News”a istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 12 min 571 nəfərə çatıb. 2637 Nyu-York sakinində isə koronavirus aşkarlanıb. Şəhərdə ümumi yoluxanalrın sayı 162 min 212-dir.

Qeyd edək ki, ABŞ-da koronavirusdan 64 349 nəfər ölüb, 1 milyon 101 min 565 nəfər isə virus daşıyıcısıdır.

 

 

Gununsesi.org

COMMENTS