Kim Çen In stress və alkoqol asılılığından əziyyət çəkir- İngiltərə mediası

Kim Çen In stress və alkoqol asılılığından əziyyət çəkir

Kim Çen In stress və alkoqol asılılığından əziyyət çəkir.
Bu haqda Cənubi Koreyanın kəşfiyyat hesabatında açıqlama verilib.
Gununsesi.org xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın stress və alkoqol səbəbiylə sağlamlıq problemləri olduğunu iddia edilib.
Kimin 15 apreldə atasının doğum günü mərasimində iştirak etməməsi onun ölməsiylə bağlı şübhələri artırıb. İngiltərə mediasında yer alan məlumata görə Kimin həddindən artıq alkoqol qəbul etməsi və istirahətsiz işləməsi səhhətində problemlər yaradıb.
Ötən həftə isə onun ürəyindən ağır əməliyyat keçirdiyi və öldüyü bildirilirdi.
Gununsesi.org

COMMENTS