Bolqarıstanda zəlzələ oldu, insanlar küçələrə axışdı

Bolqarıstanda zəlzələ oldu, insanlar küçələrə axışdı

Bolqarıstanda 4,5 bal gücündə zəlzələ olub.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, təkanlar paytaxt Sofiyadan 138 kilometr məsafədə yerləşən Plovdiv şəhərində qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, Plovdiv şəhər sakinləri evlərini tərk edərək küçələrə axışıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

 

 

Gununsesi.org

COMMENTS