ABŞ-ın neft nəhəngləri hasilatı azaldırlar

ABŞ-ın neft nəhəngləri hasilatı azaldırlar

Aprel-may ayları dünyada neftə olan tələbatın ən kəskin azalması dövrü olacaq.

CNBC telekanalına müsahibəsində ABŞ-ın neft-qaz nəhəngi olan “Chevron”un rəhbəri və Direktorlar Şurasının sədri MayklVirt belə proqnozla çıxış edib: “Mart ayından başlayaraq neftin qiymət trayektoriyası üzüaşağı istiqamətləndi. Hesab edirəm ki, aprel və mayda biz tələbin ən aşağı həddini görəcəyik”.

“Chevron”un bu gün açıqlanan hesabatından aydın olur ki, 2020-ci ilin birinci rübündə gəliri ötən ilin eyni dövründəki 35,2 milyard dollara qarşı 31,5 milyard dollar olub. Bu zaman şirkətin xalis mənfəəti əksinə, artıb – 2,6 milyard dollardan 3,6 milyard dollara qədər.

M.Virt Bloomberg-ə müsahibəsində isə bildirib ki, “Chevron” perm hövzəsindəki gündəlik şist hasilatını 125 min barel azaldacaq. Ümumilikdə isə şirkət Perm hövzəsində gündəlik hasilatı may və iyunda 203 min barel azaltmağı planlaşdırır. Bu hövzədə hasilatla məşğul olan daha bir ABŞ neft nəhəngi “Exxon Mobil” də gündəlik 100 min barel azaltmaya gedəcəyini açıqlayıb.

 

 

Gununsesi.org

COMMENTS