ABŞ koronavirusla bağlı bugünə qədərki testlərən ciddi şəkildə fərqlənən yeni test ortaya qoyub.
Gununsesi.org ABŞ mətbuatına istinadən xəbər verir ki, yeni testin özəlliyi onun insanlar üçün ağrısız, həkimlər üçün isə təhlükəsiz olması ilə bağlıdır. Belə ki, yeni testlər insanın ağlız suyuna əsasən onun koronavirus xəstəsi olub-olmadığını müəyyən edir.
“Tüpürcək testi” kimi təqdim edilən yeni testlərin müəllifləri hesab edir ki, bu testlər tibb işçilərinin təhlükəsizliyi baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, digər testlərdən fərqli olaraq “tüpürcək testləri” zamanı tibb işçilərinin koroavirusa yoluxmaq ehtimalı daha azdır. Bu testlər tibb işçilərinin bahalı tibbi xalat və maskalara olan ehtiyacını da aradan qaldırır.
Artıq “tüpürcək testləri”nin Nyu Cersi şəhərində ilkin tətbiqinə start verilib. Yaxın günlərdə bu testdən digər şəhərlərdə də geniş istiadə ediləcəi gözlənilir.
Gununsesi.org
COMMENTS