Pakistan Milli Məclisinin sədridə koronavirusa yoluxdu

Pakistan Milli Məclisinin sədridə koronavirusa yoluxdu

Pakistan parlamentinin alt qanadı olan Milli Məclisin sədri Əsəd Kaiser koronavirusa yoluxub.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Tvitterdə paylaşım edib. “Covid-19 testim pozitiv çıxdı. Özümü təcrid etmişəm. Millətimizi diqqətli olmağa çağırıram”, – deyə Kaiser qeyd edib.

Pakistan mediasının yazdığına görə, Kaiserin qızının da koronavirus testi pozitiv çıxıb.

Xatırladaq ki, üç gün əvvəl Pakistanın Sindh əyalətinin valisi İmran İsmayılın da Covid-19-a yoluxduğu açıqlanmışdı.

 

 

Gununsesi.org

COMMENTS