İspaniyanın “Betis” klubunun qadın futbolçusu Ana Romero müvəqqəti olaraq peşəsini dəyişib.
Gununsesi.org xəbər verir ki, o, koronavirusla mübarizə səbəbindən tibb bacısı kimi fəaliyyət göstərəcək.
Bu barədə Romero İnstaqram hesabında paylaşım edib: “Bu günlərdə xalqımıza dəstək olmalıyam. Koronavirusla mübarizəyə öz dəstəyimi göstərməliyəm. Evdə qalın”.
Gununsesi.org
COMMENTS