Bu gün Milli Məclisin iclasında deputat Aqil Abbas Azərbaycanın dövlət bayrağının asılması qaydası haqda məsələyə münasibət bildirərkən deyib ki, biz İran və Türkiyə İslam respublikası deyilik ki, yaşıl rəngi yuxarıda verək. Bildirib ki, İranın rəsmən İslam dövləti olması aydındır. Amma artıq Türkiyə də tam İslam respublikası olub.
Aqil Abbasdan sonra çıxış edən deputat Məlahət İbrahimqızı isə onun dediklərinə sərt təpki göstərib. Bildirib ki, hər bir millət vəkili çıxışında sərbəstdir və danışdığına da məsuliyyət daşımır. Amma çıxışımız dövlətimizin siyasətinə və xalqlarımızın münasibətlərinə xələl gətirməməlidir: “İran bizi qonşu dövlətdir və orada 40 milyona yaxın azərbaycanlı tarixi torpaqlarında yaşayır. Eyni zamanda, Türkiyə bizə qardaş dövlətdir. Azərbaycan-Türkiyə ən yaxın və analoqu olmayan strateji müttəfiqdir. Prezidentlərimiz bir-birinə “qardaşım” deyir. Azəbaycana Türkiyədən yaxın hansı dövlətdir? Ona görə belə çıxışlar dövlət siyasətimzə və xalqlarımız arasındakı münasibətlərə təsir etməsə də, amma könül bulandırır”.
Gununsesi.org
COMMENTS