Naməlum qorxuducu tendensiya: Koronavirusdan sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb

Naməlum qorxuducu tendensiya: Koronavirusdan sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb

Cənubi Koreyada yeni növ koronavirusdan (COVİD-19) sağalan 91 nəfərdə yenidən koronavirus aşkarlanıb.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, belə tendensiyanın səbəbi hələlik məlum deyil.

Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəhbəri Çon Yen Kyon bildirib ki, bəlkə də bu, təkrar yoluxma deyil, koronavirusun reaktivləşməsidir.

Koreya Universiteti yanında Quro xəstəxanasının professoru Kim Vu Cu qeyd edib ki, sağalan şəxslərdə yenidən koronavirusun aşkarlanması artacaq.

Gununsesi.org

COMMENTS