Əli İnsanov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdi

Haqq-Ədalət partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Gununsesi.info bildirir ki, bu barədə Ə.İnsanovun sosial şəbəkə hesabında məlumat verilib.

HTML tutorial

Bununla bağlı paylaşımda yazılır:

“Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.
Ruhları şad, məkanları cənnət olsun. Amin!”

Qeyd edək ki, Heydər Əliyev hakimiyyəti dövründə səhiyyə naziri işləyən Əli İnsanov İlham Əliyevin hakimiyyəti dövründə 13 ilə yaxın həbsdə olub.

Gununsesi.info