Milli Məclisdə PKK ilə bağlı təklif verildi

“Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

HTML tutorial

“Düzdür, bununla bağlı Prezidentin münasibəti var. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib”, – deputat parlamentdə PKK-nı terror təşkilatı kimi tanımağı təklif edib.

Gununsesi.info