Bəxtiyar Hacıyev Penitensiar Xidməti təkzib etdi - VƏKİL HƏBSDƏKİ FƏALLA GÖRÜŞÜB

  • By admin
  • 19 Dekabr 2022 12:40

Penitensiar Xidmətin həbsdəki siyasi fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırması barədə açıqlaması təkzib olunub.

Gununsesi.info-nun xəbərinə görə, Hacıyevin vəkili Aqil Layic bu gün Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

HTML tutorial

“Bəxtiyar Hacıyevlə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim” deyə vəkil əlavə edib.

Mətləb

Gununsesi.info