
Rusiya hökuməti Norveçin Rusiya diplomatlarına qarşı dost olmayan ölkələr siyahısına daxil edildiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Norveçin rus diplomatik və konsulluq işçilərinə qarşı “düşməncə” davranışlarıdır.
Bu barədə Rusiya hökuməti açıqlama verib. Açıqlamada Norveçin Rusiyada çalışdıra biləcəyi yerli diplomat sayının 27-yə endirildiyi bildirilir.
Xatırladaq ki, Norveç ötən ay “casusluq etməkdə” ittiham etdiyi 15 rus diplomatı “arzulanmaz adam” elan etmişdi.
Həmin diplomatların ölkədən deport ediləcəyini açıqlamışdı. Bu barədə çıxış edərkən Norveçin Xarici İşlər Naziri Anniken Huitfeldt Moskvanın səfirliklərini “gizli kəşfiyyat işləri” yürütmək üçün istifadə etməsinə icazə verməyəcəklərini söyləymişdi.
Olaylardan sonra Rusiya mətbuatı Kremlinin buna “uyğun cavab” verəcəyini açıqlamışdı.
Tərcümə: Arzu