
Hindistanda sel daşqınları və torpaq sürüşmələri olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin ayrı-ayrı bölgələrində şiddətli yağışların yol açdığı sel və torpaq sürüşmələri 48 nəfərin ölümünə səbəb olub.
Təbii fəlakət bu ölkənin Himalaya bölgəsində təsirli olub. Sel və daşqınlar gündəlik həyatı iflic edib.
Bir çox evlər sular altında qalıb, quru yolları nəqliyyata qapadılıb.
Bölgədəki bir çox obyektlərə və əmlaklara ciddi ziyan dəyib.
Təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb.
Bir çox ağaclar aşıb, elektrik dirəkləri sıradan çıxıb. Evlərə elektrikin verilməsində fasilələr yaranıb.
Tərcümə: Arzu