
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu yekunlaşıb. Rəqibinə 4:1 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.
Xatırladaq ki, ilk qarşılaşmada “Qəbələ” doğma meydanda Kipr təmsilçisinə 2:3 hesabı ilə məğlub olmuşdu.
22:24
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda beşinci qol vurulub. “Omoniya” təmsilçimizin qapısından dördüncü topu keçirib. 59-cu dəqiqədə V.Semedo fərqlənib. Ümumi hesab 4:1-dir.
22:21
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz fərqi azaldıb. 56-cı dəqiqədə “Qəbələ”nin heyətində Ahmed Ayzaya fərqlənib.
22:18
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb. İlk hissədən sonra Azərbaycan təmsilçisi üç top fərqi ilə hesabda geridir.
21:42
“Qəbələ” “Omoniya” səfərində üç top fərqi ilə geri düşüb. Meydan sahiblərinin heyətində 39-cu dəqiqədə A.Lanq fərqlənib.
21:33
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab arasındakı fərq artıb. Meydan sahibi “Omoniya”nın heyətində R.Bezus 29-cu dəqiqədə penaltidən özünün və komandasının ikinci qolunu vurub.
21:10
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb. Meydan sahiblərinin heyətində R.Bezus beşinci dəqiqədə fərqlənib.
21:03
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.
20:10
Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri müəyyənləşib.
Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Omoniya”: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus
Baş məşqçi: Sofronis Avqusti
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya
Baş məşqçi: Elmar Baxşıyev
Qeyd edək ki, bu gün Nikosiyadakı “GSP Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.