“Qarabağ” “Rakuv”a qarşı

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Gununsesi.infoxəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa “Rakuv”u ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.  Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)
Bakı Olimpiya Stadionu. Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3

Gununsesi.info