
“Sabah” doğma meydanda geridönüşə nail olub. Paytaxt təmsilçisinin heyətində qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə E.Apeh fərqlənib. Görüş təmsilmimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
21:51
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər. Təmsilçimiz 67-ci dəqiqədə hesabda geri düşsə də, cəmi 10 dəqiqə sonra hesaba tarazlıq gətirə bilib. 77-ci dəqiqədə J.Mikels fərqlənib.
21:30
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər. Qarşılaşmanın 34-cü dəqiqəsində meydanda azlıqda qalan qonaqlar 67-ci dəqiqədə J.İkaunieksin qolu ilə önə keçiblər.
21:07
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər. Hazırda qarşılaşmanın ikinci hissəsi start götürüb. İlk hissədən sonra qapılara qol vurulmayıb.
20:01
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər. Qarşılaşmanın hakiminin start fiti ilə oyun başlayıb.
19:12
Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Sabah” və RFŞ klublarının start heyətləri açıqlanıb.
Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Alekperov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov
Baş məşqçi: Murad Musayev
RFŞ: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson, 11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkovs, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniels Ontujans, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22 Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko
Baş məşqçi: Viktor Moroz
Qeyd edək ki, bu gün Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.