Səfir: “İsrail ordusu Qəzzada quru əməliyyata başlamağa hazırdır”

  • By ilhame
  • 22 Oktyabr 2023 21:41

İsrail ordusu Qəzza zolağında quru əməliyyata başlamağa hazırdır, lakin tarix hələ müəyyən edilməyib”.

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS”a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

“Belə bir məlumatım olmadığı üçün tarixlər barədə heç nə deyə bilmərəm. Bu, hərbi əməliyyata başlamaq üçün əlverişli mövqedə olduğumuz zaman başlayacaq. Ordu buna hazırdır”.

Oktyabrın 22-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, İsrailin Qəzza zolağında mümkün quru əməliyyatı asan məsələ olmayacaq. Onun sözlərinə görə, HƏMAS-ın hazırlaşmağa çox vaxtı var idi.

Gununsesi.info