
Tayvanın cənubunda “Koinu” qasırğası nəticəsində xəsarət alanların ümumi sayı 356 nəfərə çatıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər ölüb.
Hazırda “Koinu” Honq-Konqa və Çinin cənubundakı Quanqdonq əyalətinin sahillərinə doğru irəliləyir.
“Koinu” tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib və daha sonra tayfuna çevrilib. Oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi fırtına xəbərdarlığı edib, adanın bir neçə bölgəsində məktəblər və ofislər fəaliyyətini dayandırıb.
Gununsesi.info