İranın hücumundan sonra İsrailin planları pozulub

“Doğru vəd 2” əməliyyatı çərçivəsində İranın raket hücumundan aldığı zərər İsrailin qonşu Livanda müharibə planlarını pozub.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın The Military Watch Magazine (MWM) jurnalı Force Index bölməsində yazır.

“Əməliyyatın vurduğu zərər, İsrailin İranın zərbələrindən iki gündən az əvvəl başlayan qonşu Livana işğalını davam etdirə bilməyəcəyi ilə bağlı suallar yaradıb”, – ABŞ müəllifləri etiraf ediblər.

MWM qeyd edir ki, İranın zərbələri ilk növbədə F-35 və F-15 qırıcılarının Livanda döyüş missiyaları üçün yerləşdirildiyi hava bazalarını, həmçinin İsrailin zirehli maşınlarını hədəf alıb.

Bundan əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirmişdi ki, İsrail İranın hücumuna cavab verərkən “heyrətamiz hücum imkanları” nümayiş etdirəcək.

 

 

Gununsesi.info