Minskdə yaşayış binasında partlayış: 6 nəfər öldü - VİDEO

Minskdə yaşayış binasında partlayış nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb.

Bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.

HTML tutorial

Bildirilir ki, hadisəyə səbəb yaşayış binasındakı qaz sızması olub.

Hadisə ilə əlaqədar xilasedicilər binadan 20 nəfəri təxliyə ediblər. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info