Qətərdəki dünya çempionatını Britaniya qırıcıları mühafizə edir - VİDEO

  • By admin
  • 17 Dekabr 2022 13:34
Qətərdə keçirilən Dünya çempionatını Britaniya Kral Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və döyüş təyyarələri qoruyur.
Gununsesi.info-nun Amerikanın Səsi radiosuna istinadən verdiyi xəbərə görə, Qətərdəki Duxan aviabazasında Eurofighter Typhoon tipli səkkiz reaktiv təyyarə yerləşdirilib.
Böyük Britaniya və Qətər arasında hərbi əməkdaşlıq tədbir başa çatdıqdan sonra davam edəcək.
Dünya çempionatının təhlükəsizliyinin təmin edilməsinə ABŞ, İtaliya, Fransa, Pakistan və Türkiyədən də hərbi heyət cəlb olunub.
Bildirilir ki, Böyük Britaniya Qətərdə xidmət etmək üçün Kral Hərbi Dəniz Qüvvələrinin üzvləri də daxil olmaqla ümumilikdə 550 hərbçi göndərib.

 

HTML tutorial

Tərcümə:

Günay