Oruc Zalov vəzifəsindən kənarlaşdırıldı

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən kənarlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

HTML tutorial

Məlumata görə, O.Zalovun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Gununsesi.info