Bu da Baxçalının İmamoğlu ilə bağlı məhkəmə qərarına münasibəti - MHP LİDERİ TƏNQİD HƏDƏFİNƏ TUŞ GƏLDİ

  • By admin
  • 17 Dekabr 2022 13:23

Türkiyə ictimaiyyətinin və bütün dünyanın mütərəqqi kəsiminin  İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu barəsində çıxarılmış siyasi xarakterli 2 il 7 ay aylıq həbs qərarını qınadığı məqamda MHP lideri Dövlət Baxçalı hər kəsi təəccübləndirəcək açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Baxçalı bildirib ki, bu hökm qəti deyil və qarşıda digər hüquqi mərhələlər var: “Amma müxalifət bundan siyasi məqsədlər üçün istifadə edir. Stəkanda fırtına yaradırlar”.

HTML tutorial

MHP kimi bir partiyanın liderinin bu açıqlaması Türkiyə ictimaiyyətində böyük məyusluğa səbəb olub.

Türkiyənin vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri Baxçalının Ərdoğıanın müttəfiqi olsa da belə bu cür açıqlamasını demokratiyaya, hüquqa qarşı sayğısızlıq kimi qiymətləndirib.

 

Tərcümə:

Günay

Gununsesi.info