Messi ən çox qazanan futbolçu oldu

“İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi ABŞ və Kanada Peşəkar Futbol Liqası (MLS) tarixində ən böyük müqaviləyə malikdir.

Gununsesi.info xəbər verir ki, hazırda forvard 20,4 milyon dollar zəmanətli təzminatın üstünə hər il 12 milyon dollar qazanır.

Kompensasiyaya müqavilə bağlandıqdan sonra ödənişlər və müqavilə müddəti ərzində qüvvədə olan müxtəlif bonuslar daxildir. Bu rəqəmlər MLS üçün rekorddur.

Göstərilən məbləğlərə sponsorlar və reklamçılardan ödənişlər daxil deyil. Bunları nəzərə alsaq, Messinin gəliri ildə 50-60 milyon dollardır.

MLS-də ən çox qazanan oyunçular sıralamasında Messidən sonra ildə 7,5 milyon dollar gəlir və 15,4 milyon dollar zəmanətli təzminatla Torontodan Lorenzo İnsinye dayanır. İlk üçlüyü “Çikaqo Fayr”ın oyunçusu Cerdan Şaqiri (7,35 milyon dollar maaş, 8,153 milyon dollar təzminat) tamamlayır.

Səid

Gununsesi.info