Ronaldo 2023-cü ilin bombardirləri siyahısına başçılıq edir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardirləri siyahısına başçılıq edir.

Gununsesi.info xəbər verir ki, 38 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə matçda (5:0) iki qol vurub.

Belə ki, forvard “Əl-Nəsr”in və millinin heyətində təqvim ilində 40 qolu var. Ronaldo “Ən-Nəsr”ın heyətində 31, Portuqaliya millisində isə daha 9 qol vurub.

Portuqaliyalı “Mançester Siti”nin və Norveçin hücumçusu Erlinq Haalanda (39) qalib gəlib.

Bu ilin ən məhsuldar oyunçuları üçlüyünü Paris Saint-Germain futbolçusu Kilian Mbappe (35) tamamlayır.

Səid Əhmədli
Gununsesi.info