UEFA İsraildə keçirilməsi planlaşdırılan oyunları təxirə saldı

UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin İsraildə keçirilməsi planlaşdırılan oyunlarını təhlükəsizliklə əlaqədar olaraq təxirə salmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

“İsraildəki mövcud vəziyyətlə əlaqədar UEFA yaxın bir neçə həftə ərzində ölkədə keçirilməsi planlaşdırılan bütün oyunları təxirə salmaq qərarına gəlib”, – məlumatda deyilir.

UEFA AVRO-2024-ün seçmə mərhələsinin I qrupunun yeddinci turunun İsrail – İsveçrə matçını təxirə salıb.

Oyun oktyabrın 12-də Təl-Əvivdə keçirilməli idi.

UEFA həmçinin 21 yaşadək futbolçular arasında Avro-2025-in seçmə turniri çərçivəsində İsrail – Estoniya, İsrail – Almaniya oyunlarını da təxirə salıb.

Səid Əhmədli
Gununsesi.info