Azərbaycan şahmatçısı dünya çempionatında birinci olub

  • By ilhame
  • 12 Oktyabr 2023 22:42

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

Gununsesi.info  xəbər verir ki, o, rapid növündə 11 turda 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məhəmməd Muradlı 6,5 xalla 13-cü olub.

Dünya çempionatı blits üzrə yarışla davam edəcək.

Gununsesi.info