ABŞ Tayvanla ticarət əlaqəsini genişləndirir -Bayden müqavilə imzaladı

ABŞ prezidenti Co Bayden Tayvanla ticarət müqaviləsi imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda Baydenin “21-ci Əsr Ticarətində ABŞ-Tayvan Təşəbbüsü” danışıqları çərçivəsində imzaladığıilk icra müqaviləsi olduğu bildirilib.

Müqavilədə hər iki ölkənin ticarət tərəfdaşlığının dərinləşdirəcəyi bildirilib.

Qeyd edilir ki, saziş hər iki bazarda investisiya və iqtisadi imkanları asanlaşdıracaq.

Eyni zamanda bu razılaşmanın ABŞ və Tayvan arasında ticarət əlaqələrinin yaxşılaşdıracağına də gətirib çıxardacaq.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info