“Beşiktaş” – “Neftçi” matçının hakimləri açıqlandı

“Neftçi”nin UEFA Konfrans Liqasında “Beşiktaş”la səfər oyununun hakimləri  müəyyənləşib.

Gununsesi.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 17-də İstanbulda keçiriləcək matçı Avstriyadan olan hakimlər briqadası idaeə edəcək.

Oyunun baş hakimi Yulian Veinberger olacaq. Ona yan xətdə Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.

Gununsesi.info