Cığatelin nəvəsi faciəli şəkildə öldü

Şair Cığatel İsaqızıya ağır itki üz verib. 

Gununsesi.info xəbər verir ki, onun 10 yaşlı nəvəsi vəfat edib. Bu haqda şair Nazilə Səfərli instaqram hesabında məlumat yayıb.

O bildirib ki, hadisə qəza nəticəsində baş verib:

“Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər.  Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Cigatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb”.

Gununsesi.info