Mardində 3 terrorçu zərərsizləşdirildi

  • By arzu
  • 05 Avqust 2023 15:57

Türk Ordusu ölkə içindəki əməliyyatlarını davam etdirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Mardin şəhərində 3 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Yerlikaya özünün sosial media hesabında keçirilən hərbi əməliyyat barədə yazıb.

Terrorçular havadan atəş altına alınıb. Əməliyyata Xüsusi Təyinatlılar qatılıb.

Hərbi əməliyyata  şəhid Mehmet Gündüzün adı verilib.

 

Tərcümə: Arzu 

Gununsesi.info